Azərbaycan, Bakı, 10 mart /Trend/
"Mersedes" körpünün üstündə aşıb.
Trend EL TV-yə istinadən xəbər verir ki, bu gün saat 17:30 radələrində Yevlax şəhəri Nizami prospektində, Kür çayının üzərində salınan körpünün üstündə yol nəqliyyat hadisəsi baş verib.
Ötmə əməliyyatını düzgün yerinə yetirməyən "Mersedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və onu aşırıb. Bu zaman arxadan gələn VAZ 21011 markalı minik avtomobili "Mersedes"ə çırpılıb.
Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.