Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İ.İzzət/
2 il əvvəl Bakı sakinini aldadaraq külli miqdarda pulunu mənimsəmiş şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2012-ci ilin iyul ayında Bakı şəhər sakini Vüqar Həmidov Pərviz Vahabovun etibarından sui istifadə edərək 1500 manat və 1600 ABŞ dollar alıb və qaytarmayıb.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Vüqar Həmidov tutulub.