...

Şəkidə yüksək sürətlə hərəkət edən "Mercedes" aşıb, xəsarət alan var

Hadisə Materials 17 Mart 2014 03:21 (UTC +04:00)
Gecə saat 1 radələrində Şəki-Qax yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Şəkidə yüksək sürətlə hərəkət edən "Mercedes" aşıb, xəsarət alan var

Azərbaycan, Bakı, 17 mart /Trend/

Gecə saat 1 radələrində Şəki-Qax yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Trend Kanal S-ə istinadən məlumat verir ki, yüksək sürətlə hərəkət edən "99 CD 648" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil döngəni dönə bilmədiyi üçün yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü Şəkinin Aşağı Layısqı kənd sakini Səmədov Abid Arif oğlu xəsarət alıb. O, dərhal əraziyə gələn Şəki Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən stansiyaya çatdırılıb.

Stansiyadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.

Faktla bağlı Şəki rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Qəzaya ilkin səbəb kimi isə avtomobilin yüksək sürətlə idarə olunması göstərilir.

Xəbər lenti

Xəbər lenti