...

Azərbaycanda iki nəfər dəm qazından zəhərlənərək ölüb

Hadisə Materials 17 Mart 2014 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İ.İzzət/

Zabrat və Sumqayıt sakinləri dəm qazından zəhərlənərək ölüblər.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, martın 16-da Sabunçu rayonu, Zabrat qəsəbə sakini Xatın Atakişiyeva və Sumqayıt şəhər sakini Xəyalə Qasımova dəm qazından zəhərlənərək ölüblər.

Hər iki faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti