...

Zaqatalada qadını döyərək öldürmüş şəxs tutulub

Hadisə Materials 19 Mart 2014 12:57 (UTC +04:00)
Zaqatala rayon sakinini döyərək ölümünə səbəb olmuş şəxs tutulub.
Zaqatalada qadını döyərək öldürmüş şəxs tutulub

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İzzət/

Zaqatala rayon sakinini döyərək ölümünə səbəb olmuş şəxs tutulub.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, martın 15-də Zaqatala rayonunun Kebeloba kənd sakini Elmira Abdullayeva rayon Polis Şöbəsində ərizə ilə müraciət edərək cari il fevral ayının 12-də rayon sakini Eldar Osmanov tərəfindən döyülməsini bildirib.

Bundan sonra Elmira Abdullayeva martın 18-də xəstəxanada ölüb.

Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Eldar Osmanov tutulub.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti