Azərbaycan, Bakı, 28 mart /Trend/
Bakının Yasamal rayonu ərazisində yerləşən "Hale Kai" hotelində əxlaqsızlıq yuvası aşkar edilib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisində yerləşən "Hale Kai" hotelində, oranın inzibatçısı Pərvin Qasımzadənin əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.