...

Ötən günün "yol kabusu": 5 ölü, 5 yaralı

Hadisə Materials 29 Mart 2014 14:05 (UTC +04:00)
Azərbaycanın avtomobil yollarında ötən gün 7 yol-nəqliyyat hadisəsi baş verib.
Ötən günün "yol kabusu": 5 ölü, 5 yaralı

Azərbaycan, Bakı, 29 mart /Trend/

Azərbaycanın avtomobil yollarında ötən gün 7 yol-nəqliyyat hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, yol qəzaları nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

Martın 28-də saat 13 radələrində Hacıqabul şəhərinin ərazisində şəhər sakini Rəşad Həmzəyev idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Ötən gün saat 17 radələrində Xaçmaz rayonu Seyidli kəndinin ərazisində Köhnə Xudat kənd sakini İlqar Dadaşov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub.

İ.Dadaşovun sərnişini - Nabran kənd sakini Rüstəm Abdiyev hadisə yerində ölüb.

Martın 28-də saat 19 radələrində Şəki rayonu, Aşağı Küngüt kəndinin ərazisində rayon sakinləri Ağabala İsgəndərovun və Yusif Vəliyevin idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub. A.İsgəndərovun sərnişinləri Rəsul Maqsudov və Mehman Haqverdiyev xəstəxanaya yerləşdirilib, R.Maqsudov ölüb.

Ötən gün saat 21 radələrində İmişli rayonu, Ağaməmmədli kəndinin ərazisində rayon sakini Səhət Ələkbərov idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb və hadisə yerində ölüb.

Martın 28-də saat 23 radələrində Sabirabad rayonu, Qaragüney kəndinin ərazisində rayon sakini İlkin Ağayev idarə etdiyi "Mitsubishi" markalı avtomobili aşırıb və hadisə yerində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti