Azərbaycan, Bakı, 31 mart /Trend/
Ağdam rayonunun Quzanlı qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı ərazidə yas mərasimi üçün qurulan çadırı külək uçurub.
Trend El TV-yə istinadən xəbər verir ki, güclü külək çadır qurulan avadanlıqları evin üstünə atıb. Kirayə götürülən avadanlıqlara ciddi ziyan dəyib.
Ev sahibinin bildirdiyinə görə, ehsan üçün bişirilən yeməklər də yararsız hala düşüb.