...

Gürcüstan vətəndaşının İrandan Azərbaycana narkotik maddələr gətirmək istəyi baş tutmadı

Hadisə Materials 3 Aprel 2014 15:37 (UTC +04:00)
İrandan Azərbaycana narkotik maddələr gətirilməsinin qarşısı alınıb.
Gürcüstan vətəndaşının İrandan Azərbaycana narkotik maddələr gətirmək istəyi baş tutmadı

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

İrandan Azərbaycana narkotik maddələr gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Gürcüstan vətəndaşı Bafalı Hüseynov gömrük nəzarətindən keçərkən ona məxsus sellofan paketdə, cəmi 6 ədəd bükümdə, ümumi xalis çəkisi 47,763 qram olan narkotik vasitə - heroin, 1 ədəd bükümdə xalis çəkisi 36,094 qram olan narkotik vasitə - tiryək və 1 ədəd bükümdə isə xalis çəkisi 14,980 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti