Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İzzət/
Cəlilabad rayonunun ərazisindən 5 ədəd top mərmisi tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Cəlilabad rayonunun Privolnoye kəndinin ərazisindən 5 ədəd top mərmisi tapılıb. Mərmilər DİN Daxili Qoşunları Baş İdarəsinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla əlaqədar araşdırma aparılır.