...

Azərbaycandan Rusiyaya tiryək aparılmasının qarşısı alınıb

Hadisə Materials 23 Aprel 2014 12:55 (UTC +04:00)
Baxış zamanı avtobusda xaşxaş bitkisindən kustar üsulla alınmış və çəkisi 94,632 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Azərbaycandan Rusiyaya tiryək aparılmasının qarşısı alınıb

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycandan Rusiyaya tiryək aparılmasının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşı Füzuli Yusifovun idarə etdiyi "Mersedes Benz 0303" markalı sərnişin avtobusuna gömrük baxışı keçirilib.

Baxış zamanı avtobusda xaşxaş bitkisindən kustar üsulla alınmış və çəkisi 94,632 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti