Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İzzət/
Azərbaycanda 2 nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb. Onlardan biri azyaşlıdır.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 11-də Ağcabədi şəhər sakini, azyaşlı Nəzrin Şükürova elektrik cərəyanı vurması nəticəsində ölüb.
Analoji hadisə Samux rayonu Nəbiağalı kəndində baş verib. Hadisə zamanı kənd sakini Fəxrəddin Məmmədov elektrik cərəyanı vurması nəticəsində ölüb.