...

Bakıda oğru dəstəsi ifşa edilib

Hadisə Materials 12 May 2014 14:33 (UTC +04:00)
Bakıda oğurluq etmiş dəstə üzvləri aşkar edilərək saxlanılıblar.
Bakıda oğru dəstəsi ifşa edilib

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İzzət/

Bakıda oğurluq etmiş dəstə üzvləri aşkar edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Zaur Kazımovun ətrafında Nərimanov Rayon Polis İdarəsi (RPİ) 17-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri Elmir Qasımov, Mirzəbaba Cəfərli, Samir İbrahimov və Yusif Kərimzadə ilə birgə Aynur Şirzadovaya, Təyyub Ağayevə, Aysel Məmmədovaya məxsus tədris mərkəzlərindən, Nurxan Cəfərova, Samir Rzayevə, Səadət Kərimovaya məxsus mağazalardan, Dilsuz Alışanova məxsus ofisdən, Emin Qubadova məxsus "Topaz" mərc oyunları klubundan, habelə Nərimanov rayon İcra Hakimiyyətinin 1 N-li Sahə İnzibati Ərazi Dairəsindən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qasımov, M.Cəfərli, S.İbrahimov və Y.Kərimzadə tutulublar. Onların Lətifə Əhmədovaya məxsus gözəllik salonundan, Ramil Mereyevə məxsus "Nova Med" tibb mərkəzindən, Orxan Əliyevə məxsus kafedən tibbi alətlər və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Faktla əlaqədar əməliyyat-istintaq tədbiləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti