...

Bakıda mənzildə qadın köməksiz vəziyyətdə tapılıb

Hadisə Materials 15 May 2014 23:28 (UTC +04:00)
Bakıda mənzildə qadın köməksiz vəziyyətdə tapılıb.
Bakıda mənzildə qadın köməksiz vəziyyətdə tapılıb

Azərbaycan, Bakı, 15 may /Trend/

Bakıda mənzildə qadın köməksiz vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının kilidinin sınması nəticəsində bir nəfər qadın mənzildə köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə binanın damından eyvanına enərək daxil olmuş və giriş qapısını açıblar. Bununla da, vətəndaşa xilasedicilər tərəfindən müvafiq köməklik göstərilib.

Xəbər lenti

Xəbər lenti