...

Başına su mühərriki düşən Bakı sakini ölüb

Hadisə Materials 17 May 2014 12:49 (UTC +04:00)
Sabunçu rayon sakini su mühərrikinin başına düşməsi nəticəsində aldığı xəsarətdən ölüb.
Başına su mühərriki düşən Bakı sakini ölüb

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İzzət/

Sabunçu rayon sakini su mühərrikinin başına düşməsi nəticəsində aldığı xəsarətdən ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 12-də Sabunçu rayonu, Maştağa qəsəbə sakini Məhərrəm Cabbarov həmyerlisi Fərhad Süleymanova məxsus bağ evinin ərazisindəki su quyusunda təmir işləri aparan zaman ehtiyatsızlıq nəticəsində su mühərriki başına düşüb.

M.Cabbarov 4 gün sonra aldığı xəsarətdən ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti