...

Beyləqan sakini qardaşını və onun arvadını odlu silahla qətlə yetirib

Hadisə Materials 28 May 2014 13:06 (UTC +04:00)
Münaqişə zəminində qardaşını və onun arvadını qətlə yetirmiş Beyləqan rayon sakini polisə təslim olub.
Beyləqan sakini qardaşını və onun arvadını odlu silahla qətlə yetirib

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İ.İzzət/

Münaqişə zəminində qardaşını və onun arvadını qətlə yetirmiş Beyləqan rayon sakini polisə təslim olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 27-də Beyləqan rayonunun Şitilçilik qəsəbəsində qəsəbə sakini Məmməd Bəndəliyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq qardaşı Həsəni və onun arvadı Mədinəni qətlə yetirib.

M.Bəndəliyev könüllü olaraq Beyləqan Rayon Polis Şöbəsinə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi təhvil verib.

Faktla əlaqədar istintaq-əməliyyat tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti