Azərbaycan, Bakı, 31 may /Trend/
Şamaxı sakininin cinayət törədərkən istifadə etdiyi və istintaqdan gizlətdiyi tapança polis şöbəsinə təhvil verilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, mayın 30-də Xidmətin Əməliyyat-rejim idarəsinin Müalicə müəssisəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində 09.07.1978-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı şəhəri, Xaqani küçəsi, ev 23 ünvanında yaşamış, hazırda Abşeron rayon Polis şöbəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirləndirilərək həbsdə saxlanılan Cəfərov Ramil Ramiz oğlu tərəfindən cinayət törədərkən istifadə etdiyi və istintaqdan gizlətdiyi AB-221343 nömrəli "Makarov" tipli tapança, 3 ədəd 9 mm. kalibrli güllə təqdim edilib.
Odlu silah və sursat Azərbaycan Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis şöbəsinə təhvil verilib.