...

Türkiyədə leysan yağışları selə səbəb olub

Hadisə Materials 6 İyun 2014 13:35 (UTC +04:00)
Türkiyənin şimal-qərbində yerləşən Zonquldağ vilayətində yağan leysan yağışlar beş yaşayış məntəqəsində selə səbəb olub.
Türkiyədə leysan yağışları selə səbəb olub

Azərbaycan, Bakı, 6 iyun / Trend, müxbir R.Hafizoğlu /

Türkiyənin şimal-qərbində yerləşən Zonquldağ vilayətində yağan leysan yağışlar beş yaşayış məntəqəsində selə səbəb olub. Bu barədə Trend cümə günü "Milliyyət" qəzetinə istinadən xəbər yayıb.

Təbii fəlakət nəticəsində vilayətin 16 yaşayış məntəqəsi ilə əlaqə kəsilib.

Sinoptiklər daha üç gün ərzində leysan yağacağını proqnozlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti