...

Şəkidə avtomobil dərəyə yuvarlanıb, iki nəfər ölüb

Hadisə Materials 8 İyun 2014 09:42 (UTC +04:00)
Şəkidə avtomobil dərəyə yuvarlanıb, iki nəfər ölüb.
Şəkidə avtomobil  dərəyə  yuvarlanıb, iki nəfər ölüb

Azərbaycan, Bakı, 8 iyun /Trend /

Şəkidə avtomobil dərəyə yuvarlanıb, iki nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Şəki rayonu, Böyük Dəhnə kəndində (rayon mərkəzindən 30 km aralı) 1983-cü il təvəllüdlü Osmanov Ruslan Əbdülrəhman oğluna məxsus "VOLKSWAGEN" markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanması nəticəsində yol-qəza hadisəsi baş verib.

Nəticədə avtomobilin sürücüsü R.Osmanov və sərnişin (qardaşı) 1988-ci il təvəllüdlü Osmanov Fəqan Əbdülrəhman oğlu aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Yanğınsöndürən-xilasedicilər tərəfindən meyitlər avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.

Xəbər lenti

Xəbər lenti