...

Gəncədə avtomobili aşıran sürücü hadisə yerindən qaçıb (FOTO)

Hadisə Materials 24 İyun 2014 00:46 (UTC +04:00)
Gəncədə avtomobili aşıran sürücü hadisə yerindən qaçıb.
Gəncədə avtomobili aşıran sürücü hadisə yerindən qaçıb (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Gəncədə avtomobili aşıran sürücü hadisə yerindən qaçıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində yol qəza hadisəsi baş verib.

Naməlum sürücü idarə etdiyi VAZ 2106 markalı avtomobillə hərəkətdə olarkən əvvəlcə onu yolun kənarındakı işıq dirəyinə çırpıb, daha sonra isə idarəetməni itirərək aşırıb. Nəticədə avtomobil tam yararsız hala düşüb.

Qəza vaxtı avtomobildə neçə nəfərin olduğu və kimlərin xəsarət aldığı hələlik məlum deyil.

Hadisə yerinə baxış keçirən müstəntiq və yol polisi əməkdaşları ərazidə qan izləri və zəruri olan digər maddi sübutlar aşkarlayıblar.

Hazırda sürücünün kimliyinin müəyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri aparılır.

Xəbər lenti

Xəbər lenti