...

Bakıda axtarışda olan bir neçə cinayətkar yaxalanıb

Hadisə Materials 24 İyun 2014 12:41 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan 1997-ci il təvəllüdlü Rahib Lətifov tutulub.
Bakıda axtarışda olan bir neçə cinayətkar yaxalanıb

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Bakıda axtarışda olan bir neçə cinayətkar yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-in 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan 1997-ci il təvəllüdlü Rahib Lətifov tutulub.

Sabunçu RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1973-cü il təvəllüdlü Elxan Məmmədov tutulub.

Bundan əlavə, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan 1977-ci il təvəllüdlü Ramiz Əliyev və 1960-cı il təvəllüdlü Eyvaz Məmmədov yaxalanıb.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində də, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Emin Ələsgərov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti