Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/
Masallıda 5 hektar taxıl sahəsi yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Masallı rayonu, Alışanlı kəndində (rayon mərkəzindən 9 km aralı) 5 ha biçilmiş taxıl sahəsi yanıb.
Yaxınlıqda olan biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.