...

Siyəzəndə yanğın söndürülüb

Hadisə Materials 7 İyul 2014 08:58 (UTC +04:00)
Siyəzəndə yanğın söndürülüb.
Siyəzəndə yanğın söndürülüb

Azərbaycan, Bakı, 7 iyul /Trend /

Siyəzəndə yanğın söndürülüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Siyəzən rayonu, Bakı-Quba yolunun 90-cı kilometirliyində Siyəzən Broyler ASC-yə məxsus ümumi sahəsi 8960 kv.m olan sökülmüş sexlərin içərisində məişət tullantıları, ərazidə 3 ha yabanı otlaq sahəsi və Kiçik Həmyə kənd bələdiyyəsinə məxsus 150 ha sahədə kol-kos və 30 ədəd meşə zolağında olan ağac yanıb.

Yaxınlıqdakı cücə sexləri, meşə zolağının qalan hissəsi, üzüm bağları, yaxınlıqdakı fermalar və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunublar.

Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti