...

Göygöl sakinini şantaj edərək pul tələb edən şəxslər tutulub

Hadisə Materials 7 İyul 2014 13:51 (UTC +04:00)
Göygöl rayon sakinini şantaj edərək ondan pul qoparmaq istəyən şəxslər tutulub.
Göygöl sakinini şantaj edərək pul tələb edən şəxslər tutulub

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlkin İzzət/

Göygöl rayon sakinini rüsvayedici məlumatlarla şantaj edərək ondan pul qoparmaq istəyən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Emin Allahverənov və Masallı rayon sakini Əlizamin Abiyev tutulublar. Onlar Göygöl rayon sakini Ramil İsmayılovu barəsində rüsvayedici məlumat yayacağı ilə hədələyib ondan 600 manat almağı planlaşdırırlarmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti