...

Rusiyada axtarışda olan şəxs "ASAN xidmət"də saxlanılıb

Hadisə Materials 7 İyul 2014 13:51
Rusiyada axtarışda olan şəxs “ASAN xidmət” mərkəzində saxlanılıb.
Rusiyada axtarışda olan şəxs "ASAN xidmət"də saxlanılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlkin İzzət/

Rusiyada axtarışda olan şəxs "ASAN xidmət" mərkəzində saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Xətai Novruzov Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində ("ASAN xidmət") saxlanılıb.

X.Novruzov Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti