...

Siyəzəndə narkotik plantasiyası aşkar olunub (FOTO)

Hadisə Materials 9 İyul 2014 14:04 (UTC +04:00)
Siyəzəndə narkotik plantasiyası aşkar olunub. DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik maddə plantasiyası aşkar ediblər.
Siyəzəndə narkotik plantasiyası aşkar olunub (FOTO)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlkin İzzət/

Siyəzəndə narkotik plantasiyası aşkar olunub.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik maddə plantasiyası aşkar ediblər.

Samur-Abşeron su kanalının rayon ərazisindən keçən hissəsində çətənə kollarının əkilib becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ümumi sahəsi 156 kvadrat metr olan ərazidə narkotik maddələrin əkilib becərildiyi müəyyən olunub. Çəkisi 106 kiloqram olan 950 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb. Narkotik maddələri əkib becərən 2 nəfər - Siyəzən rayon sakinləri, 37 yaşlı Həsənağa Bünyadov və 47 yaşlı Ələddin Ələkbərov tutulublar.

Saxlanılan şəxslər ilkin ifadələrində bildiriblər ki, çətənə kollarının bir neçə ay əvvəl əkərək xüsusi aqrotexniki qaydalara uyğun becəriblər. Onlar çətənə kollarını yaxın günlərdə yığaraq qurudub satmaq istəsələr də buna nail ola bilməyiblər. Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti