...

Lənkəranda avtomobil maneəyə çırpılıb, ölən və yaralanan var

Hadisə Materials 10 İyul 2014 14:03 (UTC +04:00)
Lənkəran rayonu Boladi kəndinin ərazisində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
Lənkəranda avtomobil maneəyə çırpılıb, ölən və yaralanan var

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/

Lənkəran rayonu Boladi kəndinin ərazisində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 9-da saat 16 radələrində Lənkəran rayonu Boladi kəndinin ərazisində kənd sakini Eldəniz Babayev idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

E.Babayevin sərnişini, həmkəndlisi Xalid Əhmədov hadisə yerində ölüb, sürücünün özünə isə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti