...

Bakıda mağaza və şirkətlərə qənim kəsilən dəstənin daha bir üzvü tutulub

Hadisə Materials 12 İyul 2014 11:58 (UTC +04:00)
Bakıda mağaza və şirkətlərdən oğurluq edən dəstənin daha bir üzvü tutulub.
Bakıda mağaza və şirkətlərə qənim kəsilən dəstənin daha bir üzvü tutulub

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda mağaza və şirkətlərdən oğurluq edən dəstənin daha bir üzvü tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN BCAİ, Xəzər RPİ CAŞ, 1-ci, 2-ci PB və Lənkəran ŞRPŞ əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləçri nəticəsində, Xəzər rayonu ərazisində mağaza və şirkətlərdən oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Çingiz Həsənov və Məhərrəmağa Ağayev martın 28-də tutulub.

Müəyyən edilib ki, onlar fevralın 9-na keçən gecə, Binə qəsəbəsi Südçülük sovxozunda Pay Point aparatını sındıraraq oğurluğa cəhd ediblər. Fevralın 22-nə keçən gecə, Binə qəsəbəsi Donuzçuluq sovxozunda Sərdar Ağayevə məxsus mağazadan, qapını sındırmaq yolu ilə tütün məmulatları, martın 5-də Binə qəsəbə sakini Vəliyəddin Həsənova məxsus mağazanın kassasından 100 manat, mağazada olan "Pair Point" aparatını sındıraraq içərisində pul olan qutunu, martın 17-ə keçən gecə Buzovna qəsəbəsində Nicat Ağayevə məxsus mağazadan "E" manat ödəniş terminalını, martın 19-da Binə qəsəbə sakini Azad Əhmədzadəyə məxsus marketdən, Pay Point aparatı sındıraraq 2000 manat, martın 1-nə keçən gecə, Hövsan südçülük sovxozunda Zaur Dadaşova məxsus mağazadan pul, ərzaq və geyim əşyaları, martın 9-na keçən gecə, Südçülük sovxozunda Fazil Kərimova məxsus mağazadan 15 manat və tütün məmulatları, martın 9-da Binə qəsəbəsində Qara Abbasova məxsus mağazadan pul, tütün məmulatları və "E" manat ödəniş terminalını oğurlayıblar.

Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, cinayətin digər iştirakçısı Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Nurlan Baxşıyev iyulun 11-də yaxalanıb. Araşdırma zamanı onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, onlar martın 19-da Binə qəsəbə sakini Azad Əhmədzadəyə məxsus qəsəbədə yerləşən marketində, Pay Point aparatı sındıraraq 2 min manat, martın 25-nə keçən gecə İsazadə küçəsində yaşayan Rza Əkbərova məxsus həmin ünvanda yerləşən mağazadan 50 manat və Pay Point aparatını sındıraraq naməlum məbləğdə pul oğurlayıblar.

Oğurluqda şübhəli bilinən digər şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti