...

Poroşenko Malayziya təyyarəsinin Ukraynadakı qəzasını terror aktı adlandırıb

Hadisə Materials 17 İyul 2014 23:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Ukrayna prezidenti Pyotr Poroşenko Malayziya təyyarəsinin Ukraynadakı qəzasını terror aktı adlandırıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

"Poroşenko vurulub salınmış təyyarə haqqında: Bu hadisə, qəza deyil, bu terror aktıdır", -prezidentin mətbuat katibi Svyatoslav Tseqolko öz Twitter səhifəsində yazıb.

Malayziya hava yolları bildirblər ki, Amsterdamdan uçan təyyarə ilə rabitə Ukrayna hava məkanında kəsilib. Təyyarə Donetsk vilayətinin Snejnoye yaşayış məntəqəsinin yaxınlığına düşüb.

Xəbər lenti

Xəbər lenti