...

Qəzzadakı hərbi əməliyyatlarda ölənlərin sayı 260-a çatıb

Hadisə Materials 18 İyul 2014 16:56 (UTC +04:00)
İsrail HHQ-nin Qəzzada apardığı hərbi əməliyyatlar zamanı ölənlərin sayı 259 nəfərə çatıb.
Qəzzadakı hərbi əməliyyatlarda ölənlərin sayı 260-a çatıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

İsrail HHQ-nin Qəzzada apardığı hərbi əməliyyatlar zamanı ölənlərin sayı 259 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "Əl-Cəzirə" telekanalı xəbər yayıb.

Həlak olanların əksəriyyətinin dinc sakinlər olduğu xəbər verilir.

Telekanalın məlumatına görə, hazırda Qəzzada kəskin içməli su qıtlığı hiss olunur.

Bu gün səhər İsrailin müdafiə ordusu Qəzza sektorunda yerüstü əməliyyatlara başlayıb.

Qoşunlar əməliyyatın yerüstü mərhələsinə indiyə qədər havadan və dənizdən distans zərbələrlə məhdudlaşan "Dağılmaz qaya" əməliyyatının başlanmasından 10 gün sonra keçiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti