...

Bakıda 3 gün əvvəl Gürcüstan vətəndaşını qətlə yetirən şəxs ölkədən qaçarkən həbs edilib

Hadisə Materials 28 İyul 2014 11:11
Bakıda 3 gün əvvəl tapılmış meyidin kimliyi müyyən olunub, onun qatili həbs edilib.
Bakıda 3 gün əvvəl Gürcüstan vətəndaşını qətlə yetirən şəxs ölkədən qaçarkən həbs edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda 3 gün əvvəl tapılmış meyidin kimliyi müyyən olunub, onun qatili həbs edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 25-də Q.Qarayev prospektində üzərində zor əlaməti görünən (baş nahiyəsinin küt alətlə əzilmiş xəsarət olan) təxminən 35-40 yaşlarında naməlum kişi meyiti aşkar edilib.

DİN Baş Cinayət-Axatrış İdarəsi, BPİ Cinayət-Axtarış İdarəsi, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi və Rayon prokurorluğu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilən kişinin şəxsiyyəti müəyyən olunub.

Məlum olub ki, o, Gürcüstan vətəndaşı 1966-cı il təvəllüdlü Zviadi Kentçoşvilidir.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Emil Xudaverdiyev Qazax sərhəd-keçid məntəqəsində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti