...

Həyətində narkotik plantasiyası yaradan Salyan sakini saxlanılıb

Hadisə Materials 1 Avqust 2014 15:55 (UTC +04:00)
Salyan sakininə məxsus həyətyanı sahədən çətənə kolları və marixuana götürülüb.
Həyətində narkotik plantasiyası yaradan Salyan sakini saxlanılıb

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İlkin İzzət/

Salyan sakininə məxsus həyətyanı sahədən çətənə kolları və marixuana götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Quyçu kənd sakini Mübariz Cəfərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 63 kq 575 qr olan 144 ədəd çətənə kolu, habelə yardımçı təsərrüfatından isə 2 kiloqramdan çox marixuana götürülüb.

Bununla bağlı M.Cəfərov saxlanılaraq barəsində cinayət işi açılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti