...

FHN Bakıda intihar məqsədilə körpüyə çıxan şəxsi aşağı endirməyə nail olub (ƏLAVƏ OLUNUB-4) (FOTO)

Hadisə Materials 21 Avqust 2014 13:45 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:28-də yayılıb)

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bakıda bir nəfər intihar etmək məqsədilə metronun "Koroğlu" stansiyası yaxınlığındakı körpüyə çıxıb.

Trend-in məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub.

İntihar etmək istəyən şəxsi fikrindən daşındırmaq üçün danışıqlar aparılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, ərazi polis tərəfindən nəzarətə götürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə deyiblər ki, təqribən 50 yaşında olan kişi körpüyə çıxdıqdan sonra yerə tələblərini yazdığı məktub atıb.

FHN-dən daha sonra bildiriblər ki, məktubda qeyd olunub ki, intihar edən şəxs Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevdən şikayətçidir.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə ilə bağlı Heydər Əliyev prospektindən Aeroport şosesinə gedən yolda tıxac yaranıb.

FHN-dən Trend-ə verilən məlumata görə, nazirliyin əməkdaşları danışıqlardan sonra qaldırıcı kran vasitəsilə intihar etmək istəyən şəxsi aşağı endirməyə nail olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti