...

Bakıda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı cinayət işi açılıb

Hadisə Materials 3 Sentyabr 2014 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı cinayət işi açılıb.

Bakının Sabunçu rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 2-dən 3-nə keçən gecə paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində "Mercedes" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 6 nəfər həlak olub.

Hadisə zamanı Murad İman oğlu İmranov, Mürvət Mehman oğlu Baxşıyev, Ramin Hafiz oğlu Qasımov, Eyyub Araz oğlu Cəfərov, Mehman Kamran oğlu Novruzov aldığı xəsarətlərdən hadisə yerindəcə ölüblər. Qəza zamanı ölən digər şəxsin kimliyi hələlik müəyyən edilməyib.

Fatla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti