Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda avtomobil 21 yaşlı gənci vuraraq öldürüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 7-də Yasamal rayonu, Haqverdiyev küçəsində Bakı şəhər sakini Tamerlan Səlimi idarə etdiyi "Mercedes" markalı avtomobillə 1993-cü il təvəllüdlü Zaur Fərəcovu vurub.
Z.Fərəcov xəsarətlə daxil olduğu xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.