Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda bir nəfər bıçaqlanaraq öldürülüb.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, sentyabrın 9-u saat 16:30 radələrində B.Nuriyev küçəsində naməlum şəxs bıçaqla Bakı şəhər sakini Cəfər Teymurova xəsarət yetirib. O, aldığı xəsarətdən xəstaxanada ölüb.
Keçirilən əməliyyat tədbirləri nətijəsində, hadisəni törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü Şahnamiq Hüseynov Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb.
Bakıda bir nəfər bıçaqlanaraq öldürülüb
Keçirilən əməliyyat tədbirləri nətijəsində, hadisəni törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü Şahnamiq Hüseynov Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb.