Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda əvvəlcə minik avtomobili tərəfindən vurulan piyada sonra yük maşınının altına düşərək ölüb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 12-də Binəqədi rayonu, Hökməli kəndinin girişində Bakı şəhər sakini Samir Seyidov idarə etdiyi "VAZ-2104" markalı avtomobillə 1987-ci il təvəllüdlü Rahib Ağayevi vurub.
Nəticədə R.Ağayev Abşeron rayon sakini Ramil Məmmədovun idarə etdiyi "Kamaz" markalı yük avtomobilinin altına düşərək ölüb.
Faktla bağlı araşdırma aparılır.