...

Daşkəsəndə traktor aşıb, ölən var

Hadisə Materials 25 Sentyabr 2014 13:16 (UTC +04:00)
Daşkəsən rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Daşkəsəndə traktor aşıb, ölən var

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İlkin İzzət/

Daşkəsən rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 24-də saat 15 radələrində Daşkəsən rayonunun Mollahəsənli kəndində kənd sakini Elşad Paşayev idarə etdiyi "T-16" markalı traktoru aşırıb. Nəticədə sürücü E.Paşayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti