...

Gəncədə diqqətsiz sürücü yol qəzasına səbəb olub, xəsarət alan var

Hadisə Materials 1 Oktyabr 2014 21:36 (UTC +04:00)
Gəncədə diqqətsiz sürücü yol qəzasına səbəb olub, xəsarət alan var.
Gəncədə diqqətsiz sürücü yol qəzasına səbəb olub, xəsarət alan var

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Gəncədə diqqətsiz sürücü yol qəzasına səbəb olub, xəsarət alan var.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, bu gün saat 18:00 radələrində Gəncənin Təbriz və Cavad bəy Rəfibəyli küçələrinin kəsişməsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi baş verib. Belə ki, şəhər sakini Elçin Musayevin idarə etdiyi "VAZ 21011" markalı avtomobil işıqforun yaşıl işığında yolu keçmək istəyərkən Cavad bəy Rəfibəyli küçəsindən gələn "Mercedes"lə toqquşub.

Toqquşma nəticəsində "Mercedes" bir neçə metr arxaya sürüşüb və səki ilə gedən Mehriban Həsənovanı vurub. Hadisə nəticəsində xəsarət alan "VAZ"-ın sürücüsü və piyada dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Zərərçəkmişlərə ambulator yardım göstərildikdən sonra onlar evə buraxılıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti