Azərbaycan, Bakı, 8 oktyabr /Trend/
Bakıda evdən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də Saləddin Hüseynovun evindən 40000 manat və qızıl əşyalarını oğurlamış Mingəçevir şəhər sakini Asif Murtuzov tutulub.
Bakıda evdən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb
Bakıda evdən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb.
