Gürcüstan, Tbilisi, 11 oktyabr /Trend, müxbir Nana Kirsxaliya/
Gürcüstanın Msxeti rayonunun Tsizisdziri kəndinin sakini qanunsuz ağac kəsiminə görə 1500 lari (1 dollar = 1,75 lari) cərimələndikdən sonra intihar edib.
Trend-in məlumatına görə, yerli əhali baş verənlərə görə isitmə üçün ağacların kəsilməsinə icazə verməyən hakimiyyət nümayəndələrini təqsirləndirir.
Bu arada kənd administrasiyasının əməkdaşları ittihamları inkar edirlər.
Hadisə ilə bağlı intihar həddinə çatdırma faktı üzrə cinayət işi açılıb.