...

Türkiyədə zəvvarlardan biri Ebola virusu xəstələri üçün xüsusi xəstəxanaya yerləşdirilib

Hadisə Materials 20 Oktyabr 2014 13:04 (UTC +04:00)
Türkiyədə Həcc ziyarətindən qayıdan zəvvarlardan biri Ebola virusu xəstələri üçün ayrılmış xüsusi xəstəxanaya yerləşdirilib. Trend xəbər verir ki, bu barədə bazar ertəsi “Anadolu” agentliyi məlumat yayıb.
Türkiyədə zəvvarlardan biri Ebola virusu xəstələri üçün xüsusi xəstəxanaya yerləşdirilib

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə Həcc ziyarətindən qayıdan zəvvarlardan biri Ebola virusu xəstələri üçün ayrılmış xüsusi xəstəxanaya yerləşdirilib. Trend xəbər verir ki, bu barədə bazar ertəsi "Anadolu" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanından qayıdan 66 yaşlı Türkiyə vətəndaşının vəziyyəti qəflətən pisləşib və onda Ebola virusunun ilkin əlamətləri aşkar olunub.

Məlum olduğu kimi, Ebola virusu Qərbi Afrikada - Liberiya, Syerra-Lion, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti