...

Bakıda relsdən çıxan qatarın hərəkəti bərpa edilib

Hadisə Materials 21 Oktyabr 2014 11:05 (UTC +04:00)
Bakının Nizami rayonunda bu gün hərəkətdə olan qatar relsdən çıxıb.
Bakıda relsdən çıxan qatarın hərəkəti bərpa edilib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakının Nizami rayonunda bu gün hərəkətdə olan qatar relsdən çıxıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Trend-ə bildirib ki, Nizami rayonunun Keşlə qəsəbəsində yanacaq sisternləri daşıyan qatar hərəkətdə olarkən relslər aralanıb və bir neçə təkər cütü relsdən çıxıb. Lakin xoşbəxtlikdən hər hansı başqa ağır hal baş verməyib.

Onun sözlərinə görə, dərhal hadisə yerinə "Azərbaycan Dəmir Yolları" QSC-nin mütəxəssisləri cəlb olunub. Artıq qəzanın nəticələri aradan qaldırılıb və qatar hərəkətini davam etdirib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti