...

Bakıda mənzildə yanğın baş verib

Hadisə Materials 5 Noyabr 2014 08:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Bakıda mənzildə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin arakəsmə divarı 6 kv.m sahədə, tavan və dam örtüyü 14 kv.m sahədə yanıb.

Yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Yaşayış binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti