Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda silsilə cinayətlər törətmiş 3 nəfər tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Gülarə Hacıyevanın çantasını, Günel Rüstəmovanın mobil telefonunu, Rəqsanə Quliyevanın, Turanə Qurbanovanın, Pərviz Rzayevin, Günay Xasməmmədovanın pul kisəsini, Məlahət Aslanovanın çantasından, İbadət Kərimovun avtomobilindən, Vüsal Zeynalovun valyuta dəyişmə məntəqəsindən, Sədrəddin Mehdiyevin cibindən, Samir Xəlilovun mağazasından, Şərafət Əhmədovanın avtomobilindən oğurluqda, Elşən Abdullayevə, Qönçə Məmmədovaya, Patimat Həsənovaya, Mülayim Mirzəyevaya, Hafiz Əliyevə, Arzu Ələkbərovaya, İsmayıl Həşimova qarşı soyğunçuluq və Nazim Nəsirova qarşı dələduzluqda şübhəli bilinən Rəhman Məmmədov, Muxtar Rəhimov və Samir Yadigarov tutulublar.