Bakıda itkin düşmüş uşaq tapılıb

Hadisə Xəbər 15 Noyabr 2014 10:45 (UTC +04:00)
Bakıda itkin düşmüş 14 yaşlı uşaq tapılıb.
Bakıda itkin düşmüş uşaq tapılıb

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda itkin düşmüş 14 yaşlı uşaq tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 7-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da saat 13 radələrində itkin düşən, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan 2000-ci il təvəllüdlü Samral Namazov tapıllb.

Uşaq valideynlərinə təhvil verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti