...

Bakıda saxta rubllar aşkarlanıb

Hadisə Materials 6 Dekabr 2014 14:01 (UTC +04:00)
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, cari il noyabr ayının 23-də 28 May küçəsində yerləşən Standart Banka məxsus valyutadəyişmə məntəqəsinə gəlib orada işləyən Fərid Məmmədova 250.000 rubl saxta əskinas verib 3075 manat almaları müəyyən edilib.
Bakıda saxta rubllar aşkarlanıb

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Bakıda saxta rubllar aşkarlanıb.

Trend-in DİN-in saytına istinadən verdiyi məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən Astara rayon sakinləri Qadir Kərimov, Anar İbadov və əvvəllər məhkum olunmuş Valeh Babayev şübhəli şəxs qismində PB-yə gətirilmişər. Q.Kərimovdan 250.000 rubl saxta əskinas götürülüb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, cari il noyabr ayının 23-də 28 May küçəsində yerləşən Standart Banka məxsus valyutadəyişmə məntəqəsinə gəlib orada işləyən Fərid Məmmədova 250.000 rubl saxta əskinas verib 3075 manat almaları müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti