...

Lənkəranda 2 qayıqçı dənizdə təhlükə ilə üzləşiblər

Hadisə Materials 7 Dekabr 2014 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Lənkəran şəhəri, Az-rıb qəsəbəsində motorlu qayıqla dənizə çıxmış 2 nəfər (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralıda nəzarətsiz ərazidə) batma təhlükəsi ilə üzləşmişdir.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuşlar.

Həmin şəxslər dalğıc-xilasedicilər tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilmişlər.

Əməliyyat saat 15:19-də başa çatmışdır.

Xəbər lenti

Xəbər lenti