...

Narkotiklərə görə həbs edilmiş şəxs təcridxanaya da əliboş getməyib

Hadisə Materials 27 Yanvar 2015 16:13 (UTC +04:00)
Narkotiklərə görə həbs edilmiş şəxs özü ilə həbsxanaya da marixuana aparırmış.
Narkotiklərə görə həbs edilmiş şəxs təcridxanaya da əliboş getməyib

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlkin İzzət/

Narkotiklərə görə həbs edilmiş şəxs özü ilə həbsxanaya da marixuana aparırmış.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 2 saylı İstintaq təcridxanasına etapla daxil olan şəxs Həsrət Hacıqulu oğlu Səmədzadənin üzərinə baxış keçirilib.

Baxış zamanı onun əynindəki qış gödəkçəsinin cibində gizlətdiyi "West" siqarət qutusunun içərisində olan 9 ədəd siqaretə doldurulmuş, xalis ümumi çəkisi 3.02 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, H.Səmədzadə Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti