...

Bakıda kimyəvi təmizləmə məntəqəsində oğurluq etmiş qadın tutulub

Hadisə Materials 12 Fevral 2015 15:52 (UTC +04:00)
Bakıda kimyəvi təmizləmə məntəqəsində oğurluq etmiş işçi qadın tutulub.
Bakıda kimyəvi təmizləmə məntəqəsində oğurluq etmiş qadın tutulub

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda kimyəvi təmizləmə məntəqəsində oğurluq etmiş işçi qadın tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 1-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Fəhmin Əlizadəyə məxsus kimyəvi təmizləmə məntəqəsində 4000 manat oğurlanıb.

Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş, həmin məntəqədə işləyən Neftçala rayon sakini Mahizər Əsgərova tutulub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti